525.Az

Son 10 ildə 827 jurnalist öldürülüb


 

Son 10 ildə 827 jurnalist öldürülüb<b style="color:red"></b> Son 10 il ərzində dünyada 800-dən çox jurnalist öldürülüb, cinayətlərin yalnız 8%-nin üstü açılıb.
 
APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin bəyanatında bildirilir.
 
“Son 10 ildə jurnalistlərlə bağlı 827 ölüm halı qeydə alınıb. Bununla bağlı cinayətkarların yalnız 8%-i məsuliyyətə cəlb olunub”, bəyanatda qeyd olunub.
 
YUNESKO-nun son məruzəsinə əsasən 2014/2015-ci illərdə 213 jurnalist həyatını itirib. KİV əməkdaşlarının ölüm halları ən çox ərəb ölkələrində qeydə alınıb – 78 nəfər. Latın Amerikasında -51, Asiya-Sakit okean zonasında 34, Afrikada – 27, Mərkəzi və Şərqi Avropada 11 jurnalist öldürülüb.
 





02.11.2016    çap et  çap et