525.Az

AFFA-nın baş katibi azarkeşləri günahkar çıxardı


 

AFFA-nın baş katibi azarkeşləri günahkar çıxardı<b style="color:red"></b>

AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliya ilə oyunda stadionda səslənən istefa şüarlarına münasibət açıqlayıb.

525.az-ın “Trend” agentliyinə istinadən verdiyi məlumata görə, bu şüarlar səbəbindən azarkeşləri ittiham edən E.Məmmədov qeyd edib ki, bu oyunda hər bir azərbaycanlını məyus edən faktlar olub.

“Onlardan biri odur ki, komanda Portuqaliyaya qarşı oynayır, birinci qolu buraxır və bir dəqiqə sonra stadiondakı bir qrup azarkeş "istefa" şüarı səsləndirməyə başladı. Bu da öz-özlüyündə milli komandanın üzvlərini ruhdan salır. Bu gün biz özümüzdən, komandadan daha böyük nəticələr gözləyirik, amma reallıqla hazırda bu nəticəni gözləmək düzgün deyil. Komanda keçən seçmə mərhələdə rekord miqdarda xal qazanıb. Bu il də bəzi azarkeşlər motivasiya etmək əvəzinə, əksini edirlər. O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər. Bu şüarlar ancaq buna yönəldilib. Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik".

AFFA-nın baş katibi hesab edir ki, baş məqşqçi Berti Foqtsun istefasını bir qrup insan səsləndirir: "Bu seçmə mərhələyə başlayanda komandanı Berti Foqtsa tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliynin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir".

 





27.03.2013    çap et  çap et