525.Az

FİFA Tibb Departamentinin rəhbəri istefa verdi


 

FİFA Tibb Departamentinin rəhbəri istefa verdi<b style="color:red"></b>

FİFA-nın Tibb Departamentinin rəhbəri İrji Dvorjak 22 ildən sonra tutduğu vəzifədən gedib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"FİFA idman tibbinin inkişafı sahəsində pioner olub və mən fəxr edirəm ki, uzun müddət ərzində bu prosesə rəhbərlik etmişəm. Biz öz konsepsiyamız çərçivəsində sübut etdik ki, kişi, qadın və uşaqlar arasında müxtəlif xarakterli zədələrin 50 faizinin qarşısı alına bilər", - deyə o bildirib.

Departamentin yeni rəhbərinin adına yaxın vaxtlarda aydınlıq gələcək.

 





03.11.2016    çap et  çap et