525.Az

Pakistan Azərbaycana ixracı 500 milyon dollara çatdıracaq


 

Pakistan Azərbaycana ixracı 500 milyon dollara çatdıracaq<b style="color:red"></b>

Pakistanın Kommersiya Nazirliyi və İstehsalın Müdafiəsi Nazirliyi növbəti 5 il ərzində Azərbaycana ixracın həcmini artırmaq məqsədilə birgə fəaliyyət planı hazırlamaq barədə razılığa gəlib.

"APA-Economics" Pakistan mətbuatına istinadən xəbər verir ki, ötən ay Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfərindən sonra nazirliklərarası işçi qrupunun görüşü zamanı ölkəmizə ixracın 60 mln. dollardan 500 mln. dollaradək artırılması barədə qərar qəbul olunub.

Kommersiya naziri Xürrəm Dəstgir və istehsalın müdafiəsi naziri Rana Tanvirin sədrliyi ilə keçirilən görüşdə növbəti illərdə Azərbaycana ixrac olunacaq mal və xidmətlərin genişləndirilməsi və diversifikasiyası üçün bütün mümkün vasitələrdən istifadə edilməsi qərara alınıb.

Bununla yanaşı, fəaliyyət planı çərçivəsində kommersiya nazirinin başçılıq etdiyi nümayəndə heyətinin gələn ay Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, 2015-2016-cı illər ərzində Pakistandan Azərbaycana əsasən düyü ixracı olunub. İxracın ümumi dəyəri 60 mln. dollar, Azərbaycandan Pakistana idxalın həcmi isə  0,031 mln. dollar təşkil edib.

 





03.11.2016    çap et  çap et