525.Az

Orxan Pamuk “Tolstoy mükafatı”na layiq görüldü


 

Orxan Pamuk “Tolstoy mükafatı”na layiq görüldü<b style="color:red"></b> Rusiyada Lev Tolstoyun xatirəsinə yaşatmaq üçün təsis olunan və görkəmli yazıçının yaşadığı yerin adını daşıyan “Yasnaya Polyana Ədəbiyyar Mükafatı”nın qalibləri məlum olub.

Sim-sim.az-ın Türkiyənin Hürriyət qəzetinə istinadən verdiyi xəbərə görə, Moskvadakı “Bolşoy Teatr”da keçirilən mükafatlandırma mərasimində “Çağdaş klassik”, “XXI əsr”, “Uşaqlıq-Yeniyetməlik-Cavanlıq” və “Xarici Ədəbiyyat” nominasiyalar üzrə mükafatlar təqdim olunub.

“Xarici ədəbiyyat” nominasiyasının builki qalibi “Kafamda bir tühaflıq” romanı ilə Orxan Pamuk olub.  Pamuka 1 milyon rubl da pul mükafatı veriləcək.
 
Mərasimə qatılmayan Pamuk, video-təbrik göndərib:
 
“Məni bu böyük şərəfə layiq bildikləri üçün jüriyə təşəkkür edirəm. Təkcə mən yox, bütün modern türk ədəbiyyatı rus ədəbiyyatından çox şey öyrənib. Mən rus ədəbiyyatından öyrəndiklərimi dərs dediyim universitetdə hələ də tələbələrimlə bölüşürəm.”

Pamuk onu da qeyd edib ki, fevral ayında mükafatı almaq üçün Rusiyaya gələcək:

“25 yaşında roman yazmağa başlayanda, xəyal qururdum ki, bir gün Moskvaya gedəcəm, Yasnaya Polyanada Tolstoyun evini görəcəm. 40 il sonra bu xəyalım reallaşdığı üçün çox həyəcanlıyam.”
 





03.11.2016    çap et  çap et