525.Az

“EKO-həyat” layihəsi keçiriləcək


 

“EKO-həyat” layihəsi keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti Yanında Gəclər Fondunun dəstəyi ilə Bakı Musiqi Akademiyasında VIII qrant müsabiqəsində qalib olmuş “EKO-həyat” layihəsinin keçiriləcəyi planlaşdırılır.

Layihə rəhbəri Zaur Fərəcovun 525.az-a verdiyi məlumata görə, layihə gənclərin həm yaradıcılıq qabiliyyətinin artırılmasına, həmçinin həyatı daha ekonomik, az büdcəli etməyə, eyni zamanda məişət tullantılarının daha yararlı hala gətirilməsinə və ekalogiyanın təmizlənməsinə xitmət edir.

Belə ki, layihə çərçivəsində gənclərə - “Məişət tullantılarının yenidən fərqli məqsədlər üçün istifadəyə yararlı hala gətirilməsi” mövzusunda təlim keçiriləcək. 

Layihənin Noyabr ayının 18-i start götürəcəyi nəzərdə tutulub, iki gün davam edəcək. İlk gün təlim şəklində, ikinci gün isə gənclərin özlərinin hazırladığı əl işlərinin təhlilinə həsr olunacaq.

Xüsusi istedadı və əl işləri olan kreativ düşüncəli gənclər də layihədə bacarıqlarını nümayiş etdirə bilər.

Dərsin sonunda hazırlanmış əşyalar iştirakçılara xatirə hədiyyəsi kimi paylanacaq.

Layihənin əsas məqsədi gəclərimizi ekonom  və ekoloji təmiz həyata çağırmaq, məişət tullantılarının yenidən istifadə oluna bilməsi faktı ilə gəncləri yaxından tanış etməkdir. Bu layihə bir növ sosilal çağırış xarakteri də daşımaqdadır.

Son qeydiyyat tarixi : 10.11.2016

Layihənin keçirilmə tarixi : 18.11. 2016 13:00, 19.11.2016, 16:00
Əlaqə nömrəsi : 050 417 77 75

 





03.11.2016    çap et  çap et