525.Az

Moemin “Teatr” kitabı işıq üzü gördü


 

Moemin “Teatr” kitabı işıq üzü gördü<b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, kitaba yazıçının məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib.

Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanasının oxucularına təqdim olunacaq.

 





03.11.2016    çap et  çap et