525.Az

Şəkidə Yusif Balasaqunluya aid beynəlxalq elmi konfrans


 

Şəkidə Yusif Balasaqunluya aid beynəlxalq elmi konfrans <b style="color:red"></b>

Noyabrın 2-də Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şəki Şəhər İcra Hakimiyyəti  və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə türk dünyasının böyük şairi, alım və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunmuş Beynəlxalq Elmi Konfrans, kitab sərgisi və professor Ramiz Əsgərin "Qutadqu bilik. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib.

Beynəlxalq elmi konfransı açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, tədbirin təşkilində əməyi olanlara təşəkkür bildiriblər.

Əhməd Yasəvi Universiteti İdarə heyətinin sədri professor Musa Yıldız, ADPU-nun Şəki filialının müəllimi Vaqif Aslan  Yusif Xas Hacib Balasaqunlu yaradıcılığından söz açıblar. BDU-nun Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgər  "Ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Xas Hacib Balasaqunlu" adlı əsas məruzə ilə çıxış edib. Ankara Universitetinin professoru Zülfikar Güngör "İslamiyyətin Türk ədəbiyyatına təsiri: "Qutadqubilik" nümunəsi",  Makedoniya Elmlər Akademiyasından professor Numan Aruc "Türk-islam düçüncəsinin simvol şəxsiyyətlərini yetişdirən münbit dünya türk dünyası", Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Askar Turganbay  "Qutadqu-bilik" və qazax folkloru", ADPU-nun professoru Elman Quliyev "Balasaqunlunun "Qutadqu bilik" əsəri türk bədii təfəkkürünün möhtəşəm abidəsi kimi" mövzuları üzrə məruzələri dinlənilib.

 





03.11.2016    çap et  çap et