525.Az

Xoreoqrafiya Akademiyasında amerikalı mütəxəssislərlə görüş


 

Xoreoqrafiya Akademiyasında amerikalı mütəxəssislərlə görüş <b style="color:red"></b>

Bugünlərdə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşəbbüsü ilə Gəncə şəhərində Gəncə Musiqi Kollecində "Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı" mövzusunda seminar keçirilib.

Seminarda Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Milli rəqslər kafedrasının müdiri, Respublikanın əməkdar artisti Sənan Hüseynli, akademiyanın İnformasiya və İctimaiyyətlə əlaqələr Şöbəsinin müdiri Əbülfəz Babazadə BXA haqqında, onun keçdiyi tarixi inkişaf yolu haqqında danışıblar.

Akademiyaya və rəqs sənətinə dövlət qayğısı, prezidentin fərman və sərəncamları, Akademiyadakı tədris prosesi, professor-müəllif heyəti, uğur və nailiyyətlər, Akademiyanın uşaq və gənclərə təklif etdiyi imkanlar haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Akademiya respublikada, regionda və ümumiyyətlə, MDB məkanında özündə təhsilin bütün pillələrini ehtiva edən unikal təhsil müəssisəsidir. Cari tədris ilində Akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində ixtisas saylarının artırılması və musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs müəllimliyi, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır. Seminar dinləyicilər üçün böyük maraq kəsb etmiş və bu görüşlərin davamlı olmasının zəruriliyi bildirilib. İnteraktiv şəkildə təşkil olunan seminarda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Amerikanın Endrüs Osborn Akademiyasının rəhbəri, fəlsəfə doktoru Larri Qudman və "MK Global Enterprises" şirkətinin İctimaiyyətlə əlaqələr üzrə direktoru, fəlsəfə doktoru Maykl Krasnyanski oktyabrın 28-də BXA-nın qonağı olublar. Amerikalı qonaqlar Akademiyanın müəllimlərindən Xalq artisti Yusif Qasımovun və Əməkdar müəllim Pullumb Ağalıyayın məşqlərində iştirak ediblər. Həmin məşqlər iki mühüm tədbirin - ilk dəfə olaraq tək Akademiya şagird və orta-ixtisas təhsil pilləsinin tələbələrinin iştirakı ilə qurulan P. İ. Çaykovskinin "Şelkunçik" baleti və "Multikulturalizm ili"nə həsr olunmuş "Azərbaycan - yurdum mənim" kompozisiyasının məşqləri idi.  Böyük məmnunluq hissi ilə məşq prosesini izləyən qonaqlar əməkdaşlıq etmək niyyətində olduqlarını bildirərək, Akademiyanın müəllim-xoreoqraflarını ABŞ səhnələrində müxtəlif tamaşalar qurmağa dəvət ediblər.

Oktyabrın 29-da isə BXA-nın təşəbbüsü və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkirdə "Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı" mövzusunda Şəmkir rayonu Heydər Əliyev Mərkəzində seminar keçirilib. Seminarın keçirilməsində məqsəd şəmkirli gənclərin gələcəkdə Bakı Xoreoqrafiya Akademiyasında təhsilə cəlb edilməsidir.

Seminarda Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə, rayon Mədəniyyət və Turizm Şöbələrinin rəhbərləri və köməkçi heyətləri, Şəmkirdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri, incəsənət və musiqi məktəblərinin müəllim-şagird heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

M.Əlizadə seminarı açıq elan edərək Şəmkir rayonunda milli mədəniyyətə və incəsənətə yüksək qiymət verildiyini vurğulamış, son dövrlərdə bu sahədə olan inkişafdan söz açaraq, qeyd edib ki, Şəmkirdə incəsənətin bütün növlərinin inkişafı sahəsində işlər görülür və Bakı Xoreoqrafiya Akademiyasının bu cür təşəbbüsü rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, Akademiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əbülfəz Babazadə tədris prosesi, professor-müəllim heyəti, uğur və nailiyyətlər, uşaq və gənclərə təklif etdiyi imkanlar haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Bakı Xoreoqrafiya Akademiyası respublikada, regionda və ümumiyyətlə MDB məkanında təhsilin bütün pillələrini özündə cəmləşdirən ən unikal təhsil müəssisəsidir.

Cari tədris ilində Akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Gələcəkdə ixtisasların sayının artırılması nəzərdə tutulub. Sonda Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələrinin iştirakı ilə gələcəkdə Şəmkirdə milli mədəniyyətin inkişafı üçün görüləcək işlər barədə müzakirə aparılıb.

MÜŞFİQ

 





03.11.2016    çap et  çap et