525.Az

Varşavada VII Beynəlxalq Prometey konfransı


 

TƏDBİRDƏ TARİX ELMLƏRİ DOKTORU NƏSİMAN YAQUBLU "QAFQAZ MÜHACİRLƏRİNİN MƏTBUAT ORQANLARI" MÖVZUSUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

Varşavada VII Beynəlxalq Prometey konfransı<b style="color:red"></b>

Polşanın paytaxtı Varşavada VII Beynəlxalq Prometey Konfransı keçirilib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu həmin konfransda iştirak edib. Tədbirə həmçinin, ABŞ, Polşa, Ukrayna və Qazaxıstandan tanınmış elm xadimləri də qatılıb.

N.Yaqublu "Qafqaz mühacirlərinin mətbuat orqanları" mövzusunda məruzə ilə çıxış edib. Hazırda həmin məruzə Varşava Universitetində nəşr edilən "Yeni Prometey" jurnalında çapa verilib.

Qeyd edək ki, N.Yaqublu həm də "Yeni prometey" jurnalının redaksiya heyətinin üzvüdür.

Ceyhun ABASOV

 





03.11.2016    çap et  çap et