525.Az

Mətbuat xidmətlərinin rəhbərləri üçün seminar


 

Mətbuat xidmətlərinin rəhbərləri üçün seminar

"Noyabrda dövlət orqanlarının mətbuat xidmətinin rəhbərləri və işçiləri üçün seminar təşkil ediləcək".

525.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev bu gün Ombudsman Aparatında dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin iştirakı ilə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın müzakirəsinə həsr olunan dəyirmi masada bildirib.

Sektor müdiri MFP-da qarşıya qoyulan vəzifələr barəsində məruzə ilə çıxış edərək belə tədbirlərdə irəli sürülən təkliflərin, təşəbbüslərin açıq hökumətin təşviqində böyük rol oynadığını deyib. Sektor müdiri dövlət orqanlarında «Açıq qapı» formatında görüşlərin keçirilməsinin, informasiya təmini məsələlərində şəffaflığın qorunmasının, ictimaiyyətin vaxtaşırı məlumatlandırılmasının vacibliyindən danışıb.

Sevinc MÜRVƏTQIZI

 





27.09.2012    çap et  çap et