525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2008–ci il. Prezident İlham Əliyev ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalayıb.

Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq Azərbaycanın ilk telekommunikasiya peyki – “Azərspace-1” 2013-cü ildə, ikinci peyk “Azersky” isə 2014-cü ildə uğurla orbitə buraxılıb.

Növbəti telekommunikasiya peykinin (“Azərspace-2”) 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır.
 
1967–ci il. Ostankino teleqülləsi istifadəyə verilib.

Rusiyanın ən yüksək qurğusu sayılan, 540 metr hündürlüyü olan bu teleqüllənin dizaynı layihə mühəndisi Nikolay Nikitin tərəfindən bir gecədə düşünülüb.

İstifadəyə verildiyi vaxt hündürlüyünə görə dünyada birinci yeri tutan Ostankino teleqülləsi hazırda səkkizinci sıradadır.

 





04.11.2016    çap et  çap et