525.Az

Azərbaycanda sərnişin avtobusu aşdı: çoxlu yaralı var


 

Azərbaycanda sərnişin avtobusu aşdı: çoxlu yaralı var<b style="color:red"></b> Bu gün Goranboy rayonunun Ağcakənd kəndində ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, kənd ərazisində sərnişinlə dolu mikroavtobus aşıb. Avtobusun dərəyə yuvarlanması nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 4 nəfərinin xəsarəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib.
 
Ağcakənd kəndi işğal altında olan Xocalı rayonunun müvəqqəti inzibati mərkəzi olduğuna görə hadisə yerinə Xocalı RPŞ-nin əməkdaşları çıxıb.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





27.03.2013    çap et  çap et