525.Az

Tibb Universitetinin klinikalarında kadr dəyişikləri


 

Tibb Universitetinin klinikalarında kadr dəyişikləri <b style="color:red"></b>

Azərbayan Tibb Universitetinin (ATU) klinikalarında kadr dəyişikləri edilib.
 
ATU-dan 525.az-a verilən məlumata görə, universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Könül Xəlilova Respublika Müalicəvi Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub. Onun yerinə isə klinikanın direktoru vəzifəsinə II Pediatriya şöbəsinin müdiri Hüseyn Qabulov təyinat alıb.
 
ATU-nun Tədris Cərrahiyyə Klinikasına da yeni baş həkim təyin olunub. Bu vəzifəni Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının professoru Rauf Ağayev icra edəcək.
 
Qeyd edək ki, Rauf Ağayev indiyədək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi kimi çalışıb.

 





04.11.2016    çap et  çap et