525.Az

"İlk dəfədir, Azərbaycan belə bir qlobal hərəkata qoşulur"


 

BAMF SƏDRİ CENEVRƏDƏ TARİXİ ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIQ SƏNƏDİNƏ İMZA ATIB

"İlk dəfədir, Azərbaycan belə bir qlobal hərəkata qoşulur"<b style="color:red"></b>

İsveçrənin Cenevrə şəhərində 25-ci Dünya Təmiz Enerji Konfransı çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində tarixi bir uğura imza atılıb.

Aralarında Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində ən fəal qeyri-hökümət təşkilatlarından biri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) da olduğu rəmzi olaraq 3 qitəni birləşdirən, 3 böyük təşkilat arasında əməkdaşlıq sənədi qəbul edilib.

BAMF sədri Umud Mirzəyevlə yanaşı bu sənədi Avropanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatının rəhbəri Gustav R. Grob və Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının rəhbəri  Kamel Esseghairi imzalayıblar. Sənəddə qeyd olunur ki, əsrlər boyu Qafqaz-Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika regionlari böyük insan köçlərinin və nəticədə regionların bir-birilə qaynayıb qarışmasının şahidi olub və bu da Afrika, Asiya və Avropa regionlarının kəsişməsinə, bir-birinə son dərəcədə qarşılıqlı təsir etməsinə gətirib çıxarıb.

"Bu baxımdan 2016-cı il nöbəti iyirmi il üçün gələcək insan transformasiyalarında dönüm nöqtəsi oldu. 2016-cı il həm də Dayanıqlı İnkişaf Hədəflərinin gündəm məsələlərinin tətbiq olunduğu və sonraki Paris İqlim sazişinə töhvə verildiyi il oldu. Yüksək dərəcədə transformasiya konteksini və regionları nəzəra alaraq 17 Dayanıqlı İnkişaf Hədəflərinə və o cümlədən, temperatur artımını 1.5 ° C-yə kimi məhdudlaşdırmaq hədəfinə riayət edərək, 3 Qeyri-Hökumət Təşkilatı və vətəndaş cəmiyyəti fəalları Qafqaz-Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika ölkələrinin zəif və əlverişsiz icmalara töhfə vermək üçün səylərini və resurslarlarını birləşdirərək aşağıdakılar ətrafında tərəfdaşlıq etmək üçün bir araya gəliblər. Əsasən təmiz enerjinin bütün insan toplumları arasında mövcudluğu, davamlı və ədalətli paylanması, elektrik enerjisinin generasiyası, mobil telefon instant kommunikasiya və başlanğıc investisiya vasitələri sayəsində davamlı və ədalətli yerli inkişafın təmin edilməsi, davamlı inkişaf və kapitalın, malın, insan resurslarının ədalətli, nizamlı, dinc qaydada hərəkəti əməkdaşlığın prioritetlərindəndir" - deyə BAMF-ın yaydığı məlumatda bildirilir.

"Three Legs" (Üçtərəfli partnyorluq) Afrika-Asiya-Avropa Tərəfdaşlığı davamlı və təmiz elektrik istehsalı və istifadəsini təbliğ edən və dəstəkləyən tərəfdaş təşkilatlarla, özəl sektordan, parlament və vətəndaş cəmiyyəti nümayəndələrindən, hökumətdən, alimlər və akademiklərdən, QHT-lərdən və yerli hakimiyyət orqanları və bələdiyyələrlə əməkdaşlığı genişləndirməyə çalışacaq.

İmzalanma mərasimindən sonra BAMF sədri bəyan edib ki, bugünkü imzalanma tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti təmsilçisi belə bir qlobal hərəkata qoşulur.

Bu faktın qürurverici olduğunu bildirən U.Mirzəyev əmin olduğunu bildirib ki, bu istiqamətdə işlər daha aktiv formada davam etdiriləcək. İstisna olunmur ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu digər vacib beynəlxalq layihələrdə də Azərbaycanı təmsil edərək ölkəmiz üçün ciddi nailiyyətlər qazansın. İstənilən halda bu nailiyyət həm də bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin böyük bir qələbəsidir.

 





04.11.2016    çap et  çap et