525.Az

MTN-in əməkdaşlarına ali hərbi rütbələr verildi


 

MTN-in əməkdaşlarına ali hərbi rütbələr verildi<b style="color:red"></b>

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 
525.az-ın
-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən milli təhlükəsizlik nazirinin müavini Əliyev Elçin Ərsalan oğlu və Təhqiqatlar Baş İdarəsinin rəisi Səfərov Pərviz İnqilab oğluna  general-mayor ali hərbi rütbəsi, Hərbi-tibb Baş İdarəsinin rəisi Yaqubov Məzahir Şahbala oğluna tibb xidməti general-mayoru ali hərbi rütbəsi verilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Ələsgərov Vəli Məmiş oğlu - general-mayor
Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik
Mirvətova Natəvan Mürsəl qızı - general-mayor

 

“Vətən uğrunda” medalı ilə:

Cəfərov İsrafil Məmməd oğlu - kapitan
Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant
Qəhrəmanov Elmar Elman oğlu - kapitan
Manafov Aydın Manaf oğlu - polkovnik
Rzayev Elçin Daxil oğlu - baş leytenant
Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant

 

“İgidliyə görə” medalı ilə:

Əliyev Ramin İmran oğlu - mayor
Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik-leytenantı
Orucəliyev Elnur Akif oğlu - mayor
Pənahov İsgəndər Ağasəf oğlu - mayor
Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan

 

“Hərbi xidmətlərə görə” medalı ilə:

İsmayılov Zaur Ramiz oğlu - mayor
Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor
Salahov Fərman Çingiz oğlu - mayor
Seyidov Rəşad Mirfəddin oğlu - mayor
Vəliyev Pərviz Şamir oğlu - polkovnik
Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant
Zeynalov Oqtay Əbdül oğlu - polkovnik.

 

 





27.03.2013    çap et  çap et