525.Az

Elmira Süleymanova Türkiyə səfirini qəbul etdi


 

Elmira Süleymanova Türkiyə səfirini qəbul etdi<b style="color:red"></b> Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Türkiyənin yeni təyin edilmiş səfiri Erkan Özoralı qəbul edib.
 
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müvəkkil Azərbaycanla Türkiyəni möhkəm qarşılıqlı işgüzar əməkdaşlıq əlaqələrinin birləşdirdiyini qeyd edib.
 
Görüşdə səfirə Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. E. Süleymanova türkdilli dövlətlərin Ombudsmanlar Assosasiyasının yaradılması ilə bağlı təklifini diplomatın diqqətinə çatdırıb.
E. Özoral Azərbaycana qarşı erməni işğalına, bu işğal nəticəsində ölkənin 20 faiz torpaqlarının işğalı və bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın insan hüquqlarının kütləvi şəkildə pozulmasına artıq son qoyulmalı olduğunu vurğulayıb.

O, bu istiqamətdə ölkəsinin Azərbaycana hər zaman dəstək olacağını bildirib.
 





04.11.2016    çap et  çap et