525.Az

Tovuzda qaya parçaları avtomobil yoluna töküldü


 

Tovuzda qaya parçaları avtomobil yoluna töküldü<b style="color:red"></b> Tovuzda yağan yağışlar nəticəsində qaya parçaları avtomobil yoluna tökülüb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Qoşa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Nəticədə nəqliyyatın hərəkətində fasilə yaranıb.
 
Müvafiq qurumların əməkdaşları yolu iri daşlardan təmizləyiblər və hərəkət bərpa olunub.
 





04.11.2016    çap et  çap et