525.Az

"Ələt 10-20 ildən sonra Bakının Cəbəl Əlisi olacaq"


 

"Ələt 10-20 ildən sonra Bakının Cəbəl Əlisi olacaq"<b style="color:red"></b>

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təkcə Azərbaycanın qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatının şaxələndirilməsinə deyil, bütün regionun transformasiyasına töhfə verəcək.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən "Report"a verilən məlumata görə, bunu qurumun baş direktoru Taleh Ziyadov ABŞ-ın tanınmış Forbes jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, limanın yerləşdiyi Ələt qəsəbəsi 10-20 ildən sonra Bakının Cəbəl Əlisi (BƏƏ-dəki Azad Ticarət Zonası-ATZ) olacaq: "Hazırda şəhərdə 10-12 min insan yaşayır, lakin tam aydındır ki, liman ətrafında qurulacaq ATZ ilə burada çox sayda iş yerləri, yeni evlər, yeni bizneslər yaradılacaq, ATZ-nin təsir etdiyi digər müsbət proseslər cərayan edəcək. Bu da Ələti Bakı şəhərinin sputnik şəhərinə çevirilməklə yanaşı Mərkəzi Avrasiyanın müasir və tam təminatlı bir məkanına transformasiya edəcək”, - deyə T. Ziyadov bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2020-ci ildə 1 mln. konteynerin və 25 mln. ton yükün aşırılması potensialında olacağı proqnozlaşdırılır.

 





05.11.2016    çap et  çap et