525.Az

SOCAR iki yeni müqavilə imzaladı


 

SOCAR iki yeni müqavilə imzaladı<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi Sumqayıtda “Etilen-Polietilen” zavodunun yenilənməsi və rekonstruksiyası çərçivəsində iki yeni müqavilə imzalayıb.

Trend-in məlumatına görə, layihələndirmə, tikinti və satınalma barədə müqavilə İtaliyanın "Technip Italy" şirkəti ilə imzalanıb.

Layihənin idarə olunması ilə bağlı məsləhət xidmətləri barədə müqavilə isə "SOCAR-KBR" birgə müəssisəsi ilə imzalanıb.

Rekonstruksiya layihəsi mərhələli şəkildə 2019-cu ilədək davam edəcək.

 





05.11.2016    çap et  çap et