525.Az

Falkao yenidən Kolumbiya millisində


 

Falkao yenidən Kolumbiya millisində<b style="color:red"></b>

"Monako"nun futbolçusu Radamel Falkao uzun müddətdən sonra yenidən Kolumbiya millisinə çağırılıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Çili və Argentina ilə oyunlar üçün yığmaya dəvət edilib.

Qeyd edək ki, R.Falkao sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağırılmışdı. O, indiyə kimi yığmada 63 oyuna 25 qol vurub.

 





05.11.2016    çap et  çap et