525.Az

"Düşüncə“ İB cəbhə bölgəsində intellektual gəncləri bir araya yığır


 

"Düşüncə“ İB cəbhə bölgəsində intellektual gəncləri bir araya yığır<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.

Təşkilatın ictimaiyyətlə əlaqələr departamentindən Dailykarabakh-a verilən məlumata görə, 3 ay ərzində icra ediləcək layihə çərçivəsində Beyləqan, Füzuli, Xocavənd, Ağdam, Ağcabədi və Tərtər rayonlarında gənclər arasında milli mövzuları əhatə edəcək suallardan ibarət paketlərlə “Xəmsə” MİO, “Nə? Harada? Nə zaman?” intellektual oyun növləri üzrə yarışlar keçiriləcək, qaliblərə sertifikat və müxtəlif hədiyyələr təqdim ediləcək.

Layihə Azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Qeyd edək ki, layihənin əsas məqsədi region gəncləri arasında Azərbaycan həqiqətlərini öyrətmək və təbliğ etmək, ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızı, azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş milli qəhrəmanlarımızı daimi yaşatmaq, gələcək nəsillərə ötürmək və gənclərin dilinə, tarixinə, keçmişinə, atributlarına, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, şəxsiyyətlərinə sahib çıxıb hörmət etmələri üçünintellektual yarışlar vasitəsi ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.

 





07.11.2016    çap et  çap et