525.Az

Messidən “Barselona”nın heyətində 500-cü qol


 

Messidən “Barselona”nın heyətində 500-cü qol <b style="color:red"></b> İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində  500-cü qolunu vurub.
 
APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu  çərçivəsində "Sevilya" ilə oyunda baş verib.
 
Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.
 
"Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
 





07.11.2016    çap et  çap et