525.Az

Meksikada futbolçu oyun zamanı hakimi qətlə yetirdi


 

Meksikada futbolçu oyun zamanı hakimi qətlə yetirdi<b style="color:red"></b> Meksikada futbol matçında qətl hadisəsi baş verib.
 
APA-nın  xəbərinə görə, bu barədə “Sun” qəzeti məlumat verib.
 
İnsident Meksikanın Tulansinqo şəhərində, həvəskar futbol liqasının oyununda qeydə alınıb.
 
Matçın hakimi Viktor Trexo futbolçu Ruben Rivera Vaskesə qırmızı vərəqə göstərib. Buna cavab olaraq Vaskes hakimə başı ilə zərbə endirib. V.Trexo aldığı zərbədən hadisə yerində keçinib.
 
Futbolçunun hadisə yerindən qaçdığı bildirilir.
 





08.11.2016    çap et  çap et