525.Az

"İşğaldakı sərvətimiz" sərgilənəcək


 

"İşğaldakı sərvətimiz" sərgilənəcək<b style="color:red"></b>

Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respubilikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İşğaldakı sərvətimiz" mövzusunda rəsm sərgisi keçiriləcək.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 17-29 yaş qrupunda gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli-mədəni irsimiz, tarixi abidələrimiz, habelə təbii sərvətlərimizi əks etdirən rəsm əsərlərinin nümayişi nəzərdə tutulur.

Sərgidə iştirak etmək istəyənlər əsərlərinin fotolarını noyabrın 25-dək [email protected]  ünvanına göndərməlidirlər.

 





08.11.2016    çap et  çap et