525.Az

Messi Braziliya ilə oyuna Neymarın təyyarəsində yollandı


 

Messi Braziliya ilə oyuna Neymarın təyyarəsində yollandı<b style="color:red"></b>

“Barselona”nın hücumçusu Neymar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Argentina oyununda iştirak etmək üçün Belu-Orizonti şəhərinə yollanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Neymar vətəninə şəxsi təyyarəsində üz tutub.

Kataloniya - San Paulu reysində Neymarla birgə klubdakı yoldaşları, Argentina millisinin üzvləri Lionel Messi və Xavyer Maskerano da yer alıb.

Xatırladaq ki, Braziliya - Argentina matçı noyabrın 11-də keçiriləcək.

 





09.11.2016    çap et  çap et