525.Az

Ronaldo hansı məşqçiyə səs verəcək?


 

Ronaldo hansı məşqçiyə səs verəcək?<b style="color:red"></b>

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo FİFA-nın ilin ən yaxşı məşqçisi mükafatında kimə səs verəcəyini açıqlayıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, yığmadakı baş məşqçisi Fernandu Santuşu bu ilin ən yaxşı məşqçisi hesab edib:

"Hən Santuş, həm də Zidan bu il yaxşı işlər gördülər. Mənə seçim etmək çətin olacaq. Amma millinin kapitanı kimi Fernandu Santuşa səsimi verəcəm.

Fikrimcə, Portuqaliya üçün "Avro-2016"nın qalibi olmaq çətin idi. Zidan "Real"la Çempionlar Liqasının kubokunu qazandı. Ancaq Portuqaliya indiyə kimi bu cür turnirlərdə qalib olmamışdı. Hər iki məşqçi ilə yaxşı münasibətim var. Mənim yerimdə kim olsaydı, bu qərarı verərdi".`

 





10.11.2016    çap et  çap et