525.Az

Arda ilə Terimi Ərdoğan barışdırıb


 

Arda ilə Terimi Ərdoğan barışdırıb<b style="color:red"></b>

Türkiyə millisinin baş məşqisi Fatih Terimlə yığmanın kapitanı Arda Turanın barışmasında Türkiyənin prezidenti Rəcəb Tayyip Erdoğanın böyük rol oynadığı məlum olub.

Qol.az-ın "Fanatik" qəzetinə istinadən yaydığı xəbərə görə, Ərdoğan tanınmış teleaparıcı Acun Ilıcalıya Terimlə Arda arasındakı soyuq münasibətdən narahat olduğunu bildirib.
 
Dövlət başçısı onlardan bu problemi qısa zamanda həll etməyi gözlədiyini deyib. Acun prezidentin bu istəyini Fatih Terimə çatdırıb. O da “Prezidentimizin əmri olur” deyərək Ardanı milliyə dəvət edib.

Bundan sonra Arda Turanın keçmiş komanda yoldaşı Əmrə Belözoğlu vasitəçiliyi ilə Fatih Terimlə telefon danışığı olub və tərəflər arasında buzlar əriyib.

Qeyd edək ki, bundan əvvəl bu barışıqda təkcə Ə.Belözoğlunun rol oynadığı bildirilirdi.

 





10.11.2016    çap et  çap et