525.Az

Bakıda TürkPA Katibliyinin yeni binasının açılışı olacaq


 

Bakıda TürkPA Katibliyinin yeni binasının açılışı olacaq<b style="color:red"></b> Qazaxıstan Parlament Məclisinin sədri, Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətdə olan sədri Nurlan Niqmatulin TürkPA-nın baş katibi Jandos Asanovu qəbul edib.
 
TürkPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, TürkPA-nın fəaliyyətdə olan sədri Assambleyanın fəaliyyətinin gələcək inkişafının əhəmiyyətini qeyd edib.
 
Görüş zamanı dekabrın 22-də Bakıda keçiriləcək TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimi ilə əlaqədar hazırlıq işlərinə toxunulub.
 





10.11.2016    çap et  çap et