525.Az

Yazıçılar Birliyi və Yunus Əmrə İnstitutu arasında Memorandum


 

Yazıçılar Birliyi və Yunus Əmrə İnstitutu arasında Memorandum <b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyində (AYB) Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb.

Birlikdən 525.az-verilən məlumata görə, Bakı Yunus Əmrə İnstitunun müdiri İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara Yunus Əmrə İnstitunun həyata keçirəcəyi yeni layihələrlə bağlı geniş məlumat verib.
 
Sədr iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin, geniş əməkdaşlığın vacibliyini vurğulayıb.
 
Birliyinin mətbuat xidmətinin və "aybKitab" layihəsinin rəhbəri Xəyal Rza Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq və nəzərdə tutulan birgə layihələrlə bağlı məlumat verərək qeyd edib ki, bir çox layihələrlə yanaşı aybKitab layihəsinin inkişafı üçün də geniş əməkdaşlıq nəzərdə tutulub. 
 
Çağdaş Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin imza günlərinin təşkil edilməsi istiqamətində görüləcək işlər Memorandumda öz əksini tapıb.
 
Memoranduma əsasən AYB-nin orqanları - ayb.az, aybkitab.az saytları da Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək.

Cavid QƏDİR
 





10.11.2016    çap et  çap et