525.Az

Hava şəraiti Moskva-Bakı aviareyslərində ləngimələrə səbəb oldu


 

Hava şəraiti Moskva-Bakı aviareyslərində ləngimələrə səbəb oldu<b style="color:red"></b> Rusiyanın “Aeroflot” şirkəti noyabrın 10-dan 11-dək Moskvanın “Şeremetyevo” hava limanından həyata keçiriləcək onlarla reysi təxirə salıb.
 
“APA-Economics”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Moskvada güclü qar yağmasıdır.
 
Bu gün “Şeremetyevo” hava limanında 26 reys təxirə salınıb. İki gün ərzində “Aeroflot” 48 reysi ləğv edib.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, bu gün Bakıdan Moskvaya və Moskvadan Bakıya ümumilikdə 5 aviareys həyata keçirilib. Daha iki aviareysin həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, reyslər müəyyən gecikmə ilə həyata keçirilir, təxirə salınan aviareys yoxdur.
 





10.11.2016    çap et  çap et