525.Az

Bakıda keçiriləcək Dünya İqtisadi Forumunun proqramı açıqlanıb


 

Bakıda keçiriləcək Dünya İqtisadi Forumunun proqramı açıqlanıb<b style="color:red"></b>

Aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) proqramı açıqlanıb.

“APA-Economics”in WEF-in saytına istinadən xəbərinə görə, “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq” mövzusunda keçiriləcək forum çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunacaq.
 
Sessiyalar “Energetika və təbii ehtiyatlar: imkanlar və çağırışlar, irəliyə addım”, “Sahibkarlıq və insan kapitalı”, “Maliyyə və uzunmüddətli sərmayələr”, “Ticarət və nəqliyyat zənciri”, “Azərbaycanın vizyonu: yeni iqtisadiyyata doğru” mövzularında olacaq.
 
Qeyd edək ki, forumun Bakıda keçirilməsi qərarı Azərbaycan prezidenti İlham Əliyevin WEF-in icraçı sədri Klaus Şvabla bu ilin yanvarında keçirilən görüşündə qəbul edilib.

 





28.03.2013    çap et  çap et