525.Az

“İbrahimoviçsiz İsveç millisi zəifləyib”


 

“İbrahimoviçsiz İsveç millisi zəifləyib”<b style="color:red"></b>

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız mütəxəssis Zlatan İbrahimoviçin gedişindən sonra İsveç yığmasının əvvəlki komanda olmadığını qeyd edib:

“İbrahimoviçsiz İsveç əvvəlki komanda deyil. Hamı İbranın meydandakı rolunu bilirdi. O meydanda olarkən hər şey fərqli idi. Bütün komanda Zlatana güvənirdi. Düzdür, indi də İsveç yığmasının hücum xəttində təhlükəli futbolçular var. Lakin hesab edirəm ki, əvvəlki İsveç millisi daha güclü komanda idi”.

 





11.11.2016    çap et  çap et