525.Az

Yuğ Teatrı beynəlxalq festivala dəvət aldı


 

Yuğ Teatrı beynəlxalq festivala dəvət aldı<b style="color:red"></b>

Bugünlərdə Bakıda keçirilən "Multikulturalizm və teatr" mövzulu IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində xarici və yerli mütəxəsislər Yuğ Dövlət Teatrının təqdimatında M.Mikayılovun "Medeya. Sekvensiya 01" və baş rejissor G.Ömərin "Naməlum Axundzadə" tamaşalarına baxıblar.
 
Hər iki tamaşanı qonaqlar maraqla qarşılayıblar.

M.Mikayılovun "Medeya. Sekvensiya 01" tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət alıb.

Konfrans çərçivəsində Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov "Yuğ teatrı: Şərqdə Qərb paradoksu" adlı məruzə ilə çıxış edib.

E.Cəfərovun çıxışını həm yerli, həm də xarici mütəxəssislər maraqla dinləyiblər.

 





11.11.2016    çap et  çap et