525.Az

Naxçıvanlı müəlliflərin irsinə dair yeni bilgilər


 

Naxçıvanlı müəlliflərin irsinə dair yeni bilgilər <b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb.
 
Bunların içərisində Fondun balansına fars dillərində daxil edilən Rizaqulu xan Hidayətin 368 səhifəni əhatə edən "Riyazül Arifin" (hicri qəməri 1305-ci il Tehran), Müctəhidzadə Qarabağinin 278 səhifəlik ornamentli "Riyazül aşiqin" (hicri şəms 1328-ci il İstanbul), 248 səhifəlik Mir Möhsün Nəvvabın "Təzkireyi Nəvvab" (1913-cü il Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.

Tədqiqata cəlb edilən bu 3 ədəd təzkirədə (biblioqrafiyada) beş naxçıvanlı müəllifin həyat və yaradıcılığı haqqında bu günə qədər tədqiq olunmayan məlumatlar müəyyən edilib.

Əlyazmaların toplanması şöbəsinin rəhbəri Fəxrəddin Eylazov təzkirələrin araşdırılmasını regionun orta əsrlər dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə edilə biləcək yeni mənbə kimi qiymətləndirir.
 
Tədqiqatçının sözlərinə görə, bu mənbələr orta əsrlər dövrü elmi mühitini yaxından izləmək üçün əsaslı zəmin yaratması ilə yanaşı o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və digər sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.

 





11.11.2016    çap et  çap et