525.Az

Messi: “Zibilə düşmüşük”


 

Messi: “Zibilə düşmüşük”<b style="color:red"></b>

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2018-in seçmə mərhələsində Braziliyaya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, o bildirib ki, komandada böhran var.

“Millimiz enişdədir və bu problem davam edir. Amma bütün hallarda DÇ-2018-ə vəsiqə uğrunda şansımız qalır. Hər şey özümüzdən asılıdır. Biz zibilə düşmüşük. Vəziyyəti düzəldə bilərik. Beynimizi işə salmalıyıq. Bizim yaxşı oyunçularımız var. Amma baş yaxşı işləməyəndə ayaqlar sözə qulaq asmır. Bundan sonra müsbət düşünüb, səhvlərimizi düzəltməliyik” – deyə Messi bildirib.

Qeyd edək ki, 11 turdan sonra Argentina 5-ci yeri tutur. Bu yer isə DÇ-2018-ə birbaşa vəsiqə deyil, yalnız Okeaniya zonasının təmsilçisi ilə pley-off matçlarında oynamaq hüququ verir.

 





11.11.2016    çap et  çap et