525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1995-ci il. Azərbaycan Respublikasının ilk Konstitusiyası referendum yolu ilə qəbul olunub.

Yeni Konstitusiya noyabrın 27-də qüvvəyə minib.

1993-cü il. BMT Təhlükəsizlik Şurası Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib.

Bu, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin sayca dördüncü qətnaməsi idi.

Sənəddə erməni silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxması tələb edilsə də, qətnamə hələ də kağız üzərində qalıb.

1997-ci il. Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi" çərçivəsində "Çıraq" yatağından ilk neft hasil olunub.
 





12.11.2016    çap et  çap et