525.Az

Halit Eren: “Qarabağ irsinin mühafizəsi ciddi əhəmiyyət kəsb edir”


 

Halit Eren: “Qarabağ irsinin mühafizəsi ciddi əhəmiyyət kəsb edir”<b style="color:red"></b>

Noyabrın 11-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Erenin görüşü olub.

G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviq edilməsi istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. H.Eren Fondun fəaliyyətinin Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını, Fond ilə IRCICA arasında uğurlu əməkdaşlığa inandığını ifadə edib.

Görüş zamanı G.Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasına yönəlmiş müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. “Qarabağ: tarix və irs” mövzusunda Beynəlxalq Elmi Konfransla əlaqədar Bakıda səfərdə olan H.Eren Qarabağ irsinin mühafizəsinin ciddi əhəmiyyət kəsb etdiyini bildirib. Tərəflər bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və IRCICA arasında Anlaşma memorandumunun imzalanmasına dair razılıq əldə edilib,  əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 





12.11.2016    çap et  çap et