525.Az

“ARTDOT” layihəsi başlanır


 

“ARTDOT” layihəsi başlanır<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin qalereyası Azərbaycanın “SALON” jurnalı ilə birlikdə unikal “ARTDOT” layihəsinə start verir.

AZƏRTAC Muzey Mərkəzinin saytına istinadla xəbər verir ki, layihə çərçivəsində dizayn və memarlıq, habelə rəssamların, heykəltəraşların, fotoqrafların və kukla ustalarının əsərləri kimi bir neçə bədii incəsənət istiqamətinin simbiozu təqdim ediləcək. İl ərzində dörd sərgidən ibarət olan layihənin icrası 2016-cı ilin noyabr-dekabr aylarında planlaşdırılıb.

Layihənin məqsədi dizayn xidmətlərinin istehlakçıları, interyer bazarının mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində Azərbaycanın gənc rəssam və memarlarının sərgiləri, dizayn sərgiləri, mühazirə və ustad dərsləri, xarici qonaqların iştirakı ilə təqdimat və seminarların keçirilməsi planlaşdırılır. Layihənin vəzifəsi incəsənəti real həyat mühitinə qatmaq, bədii əsərləri interyerin elementi kimi təqdim etmək və onların satışı üçün əlverişli imkan yaratmaqdır.

“ARTDOT” layihəsi çərçivəsində birinci sərgi “pop-art” istiqamətinə həsr ediləcək. “Pop-art” əsərləri incəsənət dünyasında diametral əks reaksiyaları, eləcə də peşəkarlar və incəsənət tənqidçiləri arasında ən geniş müzakirələri doğura bilib.

Öz müasir dünya duyğusunun yeni ifadə üsullarını axtaran gənc azərbaycanlı rəssam, fotoqraf və heykəltəraşların əsərləri Azərbaycanda yeni layihənin ilk sərgisinə tam uyğun gəlir. Layihənin təşkilatçıları olan Muzey Mərkəzinin qalereyası və Azərbaycanın “SALON” jurnalı mühit və məkan harmoniyası sayəsində parlaq müsbət emosiyalar yarada biləcək qeyri-adi duet təşkil edir.

 





12.11.2016    çap et  çap et