525.Az

İdmançımız İstanbul Marafonunun qalibi oldu


 

İdmançımız İstanbul Marafonunun qalibi oldu<b style="color:red"></b> Bu gün Azərbaycan idmançısı atlet Evans Kiplagat 38-ci Vodafon İstanbul Marafonunun qalibi olub.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, marafon “15 iyul şəhidləri üçün yarışırıq!” şüarı ilə keçirilib.
 
E. Kiplagat  kişilər arasında 42 km 195 m məsafəni 2 saat 13 dəqiqə 19 saniyədə qət edib. İkinci yerin efiopiyalı atlet Şura Kitata Tola, üçüncü yeri keniyalı atlet Peter Kiptoo Kiplagat tutub.
 
Marafonda qadınlar arasında qalib isə keniyalı atlet Agnes Jeruto Barsosio olub.
 





13.11.2016    çap et  çap et