525.Az

Zakir Həsənov səhra şəraitində müşavirə keçirdi


 

Zakir Həsənov səhra şəraitində müşavirə keçirdi<b style="color:red"></b> Müdafiə naziri Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.
 
Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.
 
Nazir təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.
 





14.11.2016    çap et  çap et