525.Az

Messi "Barselona" ilə müqaviləni uzatmaq istəmir


 

Messi "Barselona" ilə müqaviləni uzatmaq istəmir<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Lionel Messi Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istəmir.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu hələ bu yay öz ailəsi ilə istirahət etdiyi vaxt bu qərarı verib.

O, atası vasitəsi ilə müqaviləni uzatmaq istəmədiyini klub rəhbərliyinə bildirib. "Barsa"nın prezidenti Xosep Mariya Bartomeu Messidən sakitliyini qorumağı və bu qərarını daha diqqətlə götür-qoy etməyi xahiş edib.

Bartomeu Messiyə təzminat qiymətinin 250 milyon avro təşkil etdiyini də xatırladıb.

Qeyd edək ki, Messinin "Barsa" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

 





14.11.2016    çap et  çap et