525.Az

"Atatürkə, Türk xalqına və dövlətinə heyranam"


 

"Atatürkə, Türk xalqına və dövlətinə heyranam"<b style="color:red"></b>

ABŞ-ın yeni müdafiə naziri Çak Hegel Atatürk və Türkiyə heyranlığını dilə gətirib.

525.az-ın trtazerbaycan saytına istinadən verdiyi məlumata görə, Pentaqonda mətbuat konfransı keçirən Hegel bu haqda düşüncələrinə dair suala cavab olaraq bunları söyləyib: "Atatürk, Türk xalqı və dövlətinə heyranam. Yalnız Türkiyədə deyil, ABŞ-dakı müxtəlif çıxışlarımda da Atatürkdən bəhs etmişəm. Atatürk dünyada çox mühüm bir irs qoyaraq, çox mühüm bir iş gördü. Biz Qərbdəkilər bəzən Atatürkün etdiklərinin tam qiymətini vermirik".

Hegel Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmağa başlamasına da toxunub. Pentqaon rəhbəri bunun həm Türkiyə, həm İsrail, həm Yaxın Şərq, həm də ABŞ-ın mənafeləri baxımından mühüm olduğunu söyləyib. İki ölkə arasındakı uzun illərə söykənən əlaqələrin Türkiyə və İsrail üçün əhəmiyyətini qeyd edən nazir münasibətlərin bərpasının hər kəsin mənafeyinə uyğun olduğunu deyib. Hegel bunun Suriya məsələsinə, regiondakı digər məsələlərə də təsir edəcəyini bildirib. Nazir Türkiyə və İsrailin bölgədə yenidən birlikfə fəaliyyət göstərməyə başlaya biləcəyini söyləyib.

 

 





29.03.2013    çap et  çap et