525.Az

Almaniya ilə oyunumuz Respublika stadionunda


 

Almaniya ilə oyunumuz Respublika stadionunda <b style="color:red"></b>

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan-Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı dəqiqləşib.

525.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb.

Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Qeyd edək ki,  Azərbaycan – Almaniya oyunu 2017-ci il martın 26-da Bakıda keçiriləcək.

 





14.11.2016    çap et  çap et