525.Az

"Gəncə 2016-Avropa Gənclər Paytaxtı Kuboku" keçirildi


 

"Gəncə 2016-Avropa Gənclər Paytaxtı Kuboku" keçirildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan İntellektual Oyunlar Klubu, “Odlar Yurdu” və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birlikləri, həmçinin “Qrinviç” Təhsil Mərkəzi MMC- nin tərəfdaşlığı ilə 12 noyabrda Təhminə Cəfərovanın rəhbərliyi ilə fərdi layihə “Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku” həyata keçirilib.

525.az-ın məlumatına görə, Gəncə şəhərində gənclərin təhsilə marağını artırmaq, intellektual inkişafına dəstək olmaq, onların asudə vaxtlarını təhsil yönümlü və faydalı təşkil etmək, gəncləri intellektli, dünyagörüşlü olmağa sövq edərək, gənc bilicilərimizi aşkar edib, həvəsləndirmək və cəmiyyətə təqdim etmək məqsədi ilə  təşkil olunan bilik yarışında 18-29 yaş qrupunu əhatə edən gənclərdən ibarət 20 komanda kubok uğrunda mübarizə aparıb.

Ümumilikdə 120 iştirakçı gəncin iştirak etdiyi yarışda I yeri Dostluq, II yeri Qalaktika, III yeri isə Cəsurlar komandası qazanıb.

Qalib komandalar diplom, kubok və müxtəlif hədiyyələrlə təltif olunublar.

 





15.11.2016    çap et  çap et