525.Az

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində


 

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində<b style="color:red"></b> Müdafiə naziri Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.
 
İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən nazir müvafiq göstərişlər verib.
 





15.11.2016    çap et  çap et