525.Az

“Hərbi And” 14 yaşında


 

“Hərbi And” 14 yaşında<b style="color:red"></b>

Müasir Azərbaycan mətbuatında, xüsusən hərbi-vətənpərvərlik yönlü mətbu orqanlar arasında layiqli yer tutan “Hərbi And” qəzetinin nəşrə başlamasından 14 il keçir.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin orqanı olan “Hərbi And” yığcam, ancaq fədakar bir kollektivin ardıcıl, əzmkar fəaliyyəti nəticəsində nəşrə başlayıb. Qəzet yenə də davamlı şəkildə işıq üzü görməkdə, yeni uğurlara imza atmaqdadır.

Aradan keçən bu 14 ildə “Hərbi And”ın daima düzgün mövqedə olduğu dönə-dönə sübuta yetib.

Öz adına, prinsiplərinə sadiq qalan “Hərbi And” hər zaman ordu quruculuğunun təbliği, Silahlı Qüvvələrlə cəmiyyət arasındakı münasibətlərin düzgün məcrada inkişafı naminə çalışıb.

Qəzet bu təqdirəlayiq fəaliyyət xəttini indi də fədakarlıqla davam etdirir.

“Hərbi And”ın kollektivini – dəyərli həmkarlarımızı qəzetin 14 yaşı münasibətilə təbrik edir, yeni-yeni uğurlar diləyirik!
“525”

 





15.11.2016    çap et  çap et