525.Az

Daha 18 dövlət əmlakı özəlləşdirildi


 

Daha 18 dövlət əmlakı özəlləşdirildi<b style="color:red"></b>

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilə hərracda 18 əmlak özəlləşdirilib.
 
"APA-Economics" xəbər verir ki, bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub. Hərrac nəticəsində dövlət büdcəsinə 1,2 mln. manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.
 
Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib. Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.
 
Hərracda özəlləşdirilmiş “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Hərracda özəlləşdirilmiş digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub.

Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb.
 
Növbəti hərrac noyabrın 22-də keçiriləcək və 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.

 





15.11.2016    çap et  çap et