525.Az

“Eurovision-2013”-də sıra nömrəmiz bəlli oldu


 

“Eurovision-2013”-də sıra nömrəmiz bəlli oldu<b style="color:red"></b>

“Eurovision-2013” mahnı müsabiqəsinə ev sahibliyi edəcək İsveçin Malmö şəhərində birinci və ikinci yarımfinallarda iştirak edəcək ölkələrin sıra nömrələri müəyyən edilib.

Azərbaycanın təmsil edəcək Fərid Məmmədov mayın 16-da keçiriləcək ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək. Ondan əvvəl isə Latviya, San-Marino və Makedoniya təmsilçiləri çıxış edəcək. Azərbaycandan sonra isə Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə və Rumıniya səhnəyə çıxacaq.

Builki püşkatmanın özəlliyi ondan ibarətdir ki, təmsilçilərin növbəliliyini müsabiqənin təşkilatçıları müəyyən edirdilər. Belə ki, təşkilatçılar eyni üslubda ifa olunan iki mahnının bir-birindən sonra düşməsinin qarşısını almaq istəyiblər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Fərid Məmmədov müsabiqədə “Hold Me” adlı mahnını ifa edəcək.

GÜNEL

 





29.03.2013    çap et  çap et