525.Az

2017-ci ilin büdcə zərfi gələn ay müzakirəyə çıxarılacaq


 

2017-ci ilin büdcə zərfi gələn ay müzakirəyə çıxarılacaq<b style="color:red"></b> Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsi zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.
 
Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi gələn həftə komitələrin birgə iclaslarında müzakirəyə çıxarılacaq.
 
Dekabrın 6, 7 və 8-i isə Milli Məclisin plenar iclaslarında büdcə zərfi müzakirə olunacaq.
 
Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
 





15.11.2016    çap et  çap et